Производитель оборудования ЛАРН в городе Брянске. ООО "ЛАРН 32"
Оборудование и материалы
для ликвидации аварийных
разливов нефти
от производителя
Ru Kz En De Sp Fr Az
тел/факс +7 (4832) 30-73-73, 30-72-72
Məhsul

"LARN 32" MMC İstehsalat Şirkəti neft və neft məhsullarının qəzalı dağılmalarının nəticələrinin aradan qaldırılması üçün materialların və avadanlığın istehsalında ixtisaslaşmışdır.

сорбент "Ньюсорб".jpg

SORBENTLƏR

Təklif edilən sorbentlərə yalnız ekoloji cəhətdən təmiz məhsullar daxildir.
"Nyusorb®" universal hidrofob torf sorbenti həm su, həm də bərk səthlərdə eyni səmərəliliklə tətbiq edilir. «Nyusorb®» özündə maksimum sorbsiya tutumunu, vurulma və yığılma rahatlığını cəmləşdirir.

"BioNyusorb®", üst sfaqnum torfları əsasında nefti fermentləşdirən (yeyən) mikroorqanizmlər əlavə edilməklə hazırlanır. «BioNyusor®» tərkibində müsbət temperaturlarda neft və neft məhsullarının qida mühitinin olduğu, ətraf mühit və insan üçün təhlükəsiz olan Rhodococcus erythropolis Ас-2017 D mi̇kroorqani̇zmləri̇ni̇n ştammı vardır.

"KorkSorb®" xırda doğranmış termik emal edilmiş tıxacdan ibarətdir. Açıq məsamələr tez kapilyar hopdurmanı və yüksək sorsiya qabiliyyətini təmin edirlər. «KorkSorb®» - unikal hidrofob sorbentdir. O, sorbentlərin ən yaxşı xassələrini özündə əks etdirir: 100% təbiidir, tam hidrofobdur, toksik deyildir, onun tərkibinə hər hansı bir əlavələr daxil deyildir, yüksək sorbsiya və aşağı desorbsiya qabiliyyətinə malikdir və çox az həcm çəkisi vardır.
"Nyusorb-M" mineral sorbentlər bərk səthdə tətbiq edilirlər. Belə sorbentləri hava yaymır, kimyəvi cəhətdən neytraldırlar ki, bu da yalnız neft məhsullarının və yanacaq-sürtkü materiallarının yığılması üçün deyil, həm də zəhərli, toksik maddələrin, turşuların, qələvilərin və bütün təhlükəli kimyəvi maddələrin yığılması üçün zəruridir.

"Nyusorb-PPU" polimer sorbent yüksək sorbsiya qabiliyyətinə malikdir, ən başlıcası isə həm ayrıca istifadə edilir, həm də sorbsiya məmulatlarının doldurucusu kimi tətbiq oluna bilər.
Biz salfetlərdən sorbsiya bonlarına qədər, hidrofob sorbsiya məmulatlarının geniş çeşidini, həmçinin "KorkSorb®" dolduruculu sorbsiya bonlarını tədarük edirik. Hazır sorbsiya məmulatlarının böyük miqdarını əvəz etməyə qadir olan perforasiya edilmiş sorbsiya layı xüsusi diqqətə layiqdir.
ARS sorbent püskürdücüsü vurulma prosesini mexanikləşdirir, çətin yerlərdə püskürdülməni asanlaşdırır və bərabər vurulma sahəsində sorbentin sərfiyyatını azaldır.
ASS sorbent toplayıcısı bərk səthlərdən quru istifdə edilməmiş sorbentlərin yığılması prosesini asanlaşdırır.
Sıxıcı qurğu NDQA sorbsiya məmulatları şəraitində onlardan təkrar istifadə edilməsi üçün sıxma məqsədilə nəzərdə tutulur.

  ÇƏPƏRLƏMƏ BONLARI
Бон нефтеограждающий БН

Su səthi̇ndə neft dağılmalarının lokallaşdirilması və aradan qaldırılması üçün bon çəpərlərindən istifadə edilir. Bizim şirkətimiz müxtəlif növlərdən olan
və bütün mümkün şəraitlər üçün bonlar istehsal edir. Bon seksiyalarının
cərgədə birləşdirmək, həmçinin müxtəlif növ bonları birləşdirmək üçün biz universal alüminium qığılcım cəhətdən təhlükəsiz olan ASTM qıfıllarından istifadə edirik.
Silindr şəkilli üzgəcli klassik BN çəpərləyici bon özünü yaxşı tanıtmışdır, bir sıra üstünlüklərə malikdir və həm durğun su hövzələrində, həm də axında eyni səmərəliliklə istifadə edilir, dalğa zamanı suda sabit dayanır, külək gərginliklərinə yaxşı tab gətirir.
BNy, çəpərləyici yastı bon yastı üzgəci ilə fərqlənir ki, bu da bu növ bonlara nəqliyyatla daşındıqda yığcamlılıq və makarada saxlanma imkanını verir.
BNu universal neftçəpərləyici bonlar BN çəpərləyici bonun və sorbsiya bonunun kombinasiyasından ibarətdir və az miqdarda neft məhsullarının tez-tez dağılmaları zamanı istifadə olunurlar. Belə bonun konstruksiyası sorbsiya elementinin tez dəyişdirilməsini təmin edir.
BNsm sahil mühafizəsi bonu sahil zolağının mühafizəsi üçün nəzərdə tutulmuşdur. Hava və su ilə doldurulan kameralı orjinal konstruksiya BNsm bonlarına bərk səthdə quraşdırıldıqda qrunta sıx qoyulmaya, onun bütün əyriliklərini təkrarlamağa, suda quraşdırıldıqda isə adi neftçəpərləyici bon funksiyasını yerinə yetirməyə imkan verir.
BNb bataqlıq bonu bataqlıqlarda və qruntda tətbiq edilməsi üçün tətbiq edilən yığcam və yüngül çəpərləyici bondur. Bonun seksiyaları qığılcım təhlükəsiz alüminium xəlitədən hazırlanmışlar və yerin relyefinin təkrarlanması üçün yumşaq birləşdiricilər ilə təchiz edilmişdir.
BNbü bataqlıq üzücü eyni zamanda həm bataqlıq və həm də üzən çəpərləyici bonun funksiyalarını yerinə yetirir. Bu növə aid bonlar yüksək mexaniki möhkəmliyə malikdirlər və həm bataqlıqda və dayaz yerlərdə, həm də açıq suda istifadə edilə bilərlər.
Yığcam və yüngül BNq qış bonu buz altında neft və neft məhsullarının dağıntılarının qarşısının alınması üçün istifadə edilirlər. BNq buz kəsiyinə yerləşdirilmiş sualtı ekrandan ibarətdir.
Bilavasitə yanan neft məhsulları ilə təmasda iş şəraitində BNa alovadavamlı bonlar istifadə edilirlər. Bu növ bonlar istiyədavamlı paslanmayan poladdan hazırlanırlar və ekstremal temperaturlarda yüksək davamlılığa, habelə dəniz suyunda korroziyaya davamlılığa malikdirlər.

Катушка для бонов

  BONLARIN QURAŞDIRILMASI VƏ SAXLANILMASI

NDQA zamanı bon çəpərlərinin qoyulmasının quraşdırılmasının rahatlılığı və operativliyi, habelə onların saxlanması üçün müxtəlif vasitələrdən istifadə edilir.
Neftin qəza dağılmaları zamanı qış vaxtında buzkəsici qurğulardan istifadə edilir. BNq qış bon çəpərlərinin quraşdırılması üçünLU seriyasından olan benzin mişarlı buzkəsici qurğulardan, habelə donmuş su hövzələrində kəsiklər və maynlar etməyə imkan verən frezer qurğularından istifadə edilir. Buzkəsici qurğu buz bloklarının çıxarılması üçün nəzərdə tutulan UİLB-300 qurğusu i̇lə dəst şəkli̇ndə ola bi̇lər.
Bonların saxlanması üçün makarabon çəpərlərinin neft məhsullarının mümkün sızılma yerlərinin bilavasitə yaxınlığında yığcam saxlanılması və daşınmasına, bonların qısa müddətdə açılmasına və bunun da nəticəsində neft və neft məhsullarının dağılmasının operativ şəkildə qarşısının alınmasına imkan verir.
Bon çəpərlərinin daşınması, quraşdırılması, bağlanması və dartılması zamanı müxtəlif quraşdırma vasitələrindən istifadə edilir. Tral qurğularının köməkliyi ilə bon çəpərləri quraşdırma yerlərinə daşınırlar, lövbər sistemləri bon çəpərlərinin suda quraşdırılması və bağlanması üçün nəzərdə tutulur, əl bucurğadları isə onların quraşdırlması və dartılması üçün istifadə edilirlər.

BNd deflektor bonlarısürətli axını olan enli çaylarda neft və neft dağılması qəzalarının nəticələrinin ləğv edilməsi üçün bon çəpərlərinin quraşdırılması üçün nəzərdə tutulmuşdur, bu zaman sahil dartmalarından istifadə edilməsi mümkün deyildir və ya özünü doğrultmur. BNd deflektor bonları bon çəpərləri cərgəsinə quraşdırılırlar və axının enerjisindən istifadə edərək neft ləkələrinin neftı yığışdıran qurğulara yaxınlaşdırılması üçün bonların qollarını bucaq altında axın istiqamətində itələyirlər.
BNn istiqamətləndirici bon uzaq məsafələrə və yüksək sürətli motorlu üzən vasitələr ilə bon çəpərlərinin daşınması üçün onların qolunda başda duran bon kimi istifadə olunur.
"Sualtı yelkən" sistemi çaylarda bon çəpərlərinin operativ quraşdırılması və sonradan tez çıxarılması üçün nəzərdə tutulmuşdur və qurğunun qismən və ya kaskad üsulu ilə örtülməsi üçün istifadə olunur.

  NEFTYIĞANLAR
Скиммер СО

Bizim istehsal etdiyimiz neftyığanlar kandar neftyığanlara, oleofil skimmerlərə və vakuum qurğularına bölünürlər.
Kandar neftyığanlar suyun səthindən maye neft məhsullarının yığılması üçün nəzərdə tutulmuşdur. Belə neftyığanlar özütənzimlənən kandar ilə təchiz olunurlar ki, bu da suyun səthindən yığılan neft məhsulu layının qalınlığını tez tənzimləməyə imkan verir.
PN-2PN-3 kandar neftyığanları bon çəpərləri cərgəsinə neftyığanın daxil edilməsi imkanının yaradılması üçün ASTM qıfılları ilə təchiz olunurlar.
PN-4 neftyığanı 360° radiusda neft məhsulunun yığılması üçün dairəvi kandar ilə təchiz edilmişdir və bon çəpərlərinin halqasında və axınsız su hövzələrində iş üçün nəzərdə tutulmuşdr. "PNm-4" neft yığan üzən hissəsinin böyük ölçüsü və "PN-4" kandar neftyığandan fərqli olaraq halqavari kandarın diametri ilə fərqlənir. Həmçinin dəniz üçün istehsal edilmişdir ki, bu da avadanlığın polad hissələrinin dəniz qruntu və dəniz boyası ilə rənglənməsi, habelə paslanmayan poladdan hazırlanmış aqressiv mühitə davamlı olan metizlərdən istifadə deməkdir.
SO Oleofil skimmerlər qatı neft və neft məhsullarının su səthindən yığılması üçün nəzərdə tutulmuşdur. Oleofil skimmerlər neftin yığılmasının mexaniki üsulu və az faizdə suyun götürülməsi ilə fərqlənirlər. SO skimmerlərinin model cərgəsi məhsuldarlığı ilə fərqlənən dörd ölçü növünə malikdir. Kandar neftyığanlarına anoloji olaraq skimmerlər "SOm" dənizdə istifadə üçün də tədarük edilə bilərlər.

SPə əl fırçasına malik olan oleofil neftyığan azçəkilidir, çətin yerlərdə mobil və məhsuldar işləmək qabiliyyətinə malikdir.
"SOk" konveyer oleofil skimmeri yığılmış neftin hündürlüyünün çox olduğu fırçalı konveyerlə təchiz edilmişdir ki, bu da hətta əlverişsiz hava şəraitində suyun fırçadan tam süzülməsinə imkan verir. Konveyer skimmeri üçün fırçanın suya salınması səviyyəsi əhəmiyyət kəsb etmir ki, bu da onun dalğada iş qabiliyyətli olmasını təmin edir.

UVM vakuum qurğuları - yığcam mobil neftyığan qurğulardırlar, bərk və su səthlərindən istənilən növ mayelərin yığılması, habelə texnika üçün çətin olan yerlərdə işləmək üçün xüsusi hazırlanmışdır. UVM qurğuları vakuum-kompressor stansiyaları ilə təchiz olunurlar ki, bu da mayeləri əlavə çəkib vuran avadanlıqdan istifadə etmədən yığmaq və boşaltmaq imkanı verir.
UVM-1 vakuum qurğusu neft məhsullarının dağılması yerinə, həmçinin çətin yerlərə xilasedicilərin qüvvəsi ilə operativ çatdırılması üçün təkər üzərində konstruksiyaya malikdir.
UVM-2 vakuum qurğusu tutum həcminin daha böyük olması ilə fərqlənir və avtoqoşqu üzərinə quraşdırılır ki, bu da onun avtomobil nəqliyyatı ilə NDQA yerinə çatdırılmasını daha rahat edir.

UVM-3 vakuum qurğusu mobil konstruksiyadır, çəkisi azdır, yığcamdır və alüminiumdan hazırlanmış yığma tutuma malikdir.

UVM-4 vakuum qurğusu standart vakuum sistemlərinin nöqsanlarına malik deyildir, belə ki, iş prosesində vakuum qabına yığılan maye dərhal ondan müvəqqəti saxlama çəninə çəkilib vurulur, bu qayda ilə fasiləsiz proses gedir və yığma tutumun boşaldılması üçün dayanmağa ehtiyac yoxdur.

  ÇƏNLƏR
резервуары для временного хранения нефти и нефтепродуктов РК.jpg

Neft və neft məhsullarının müvəqqəti saxlanılması, habelə su ehtiyatlarının saxlanması üçün bizim şirkətimiz geniş çeşiddə çənlər istehsal edir.
İstehsal edilən çənlərin istismar həcmi 1 m3-dən 500 m3-dək təşkil edir.
RK karkas çənləri NDQA zamanı neft məhsullarının saxlanılması üçün onların yığcam olmaları sayəsində, çəkilərinin az olması, həmçinin sahədə yerləşdirmə tezliyi səbəbindən rahat istifadə edilirlər. Çənin konstruksiyası yüksək sərtliyə malikdir ki, quraşdırmanı alət tətbiq etmədən icra etməyə imkan verir və xırda detallara malik deyildir.
RLr çənləri neft və neft məhsullarının müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuşdur, kiçik nəqliyyat həcminə və çəkisinə və tez quraşdırıla bilən konstruksiyaya malikdir.
PS seksiyalıçənlər ən yüksək istismar həcmlərinə malikdirlər və karkas rolunu oynayan və örtüyü mexaniki zədələrdən qoruyan alüminium divarları ilə fərqlənirlər.

Müvəqqəti saxlama çəninə alternativ kimi PVX parçasından hazırlanan qoruyucu örtüklərdən istifadə edilə bilər ki, onlar hazırlanmış çalaya sərilirlər və perimetri üzrə qrunta bərkidilirlər.

PB karkassız çənlərin üstünlükləri ondan ibarətdir ki, onlar özünü saxlayan formaya malikdirlər və bu səbəbdən də onlara güc karkası tələb olunmur. Belə konstruksiya dolmuş çənin dayanıqlığını hətta mailliyi olan səthdə quraşdırıldıqda belə təmin edir. "PB" çənləri çox kiçik çəkiyə malikdirlər, konstruksiyanın sadəliyi ilə fərqlənirlər, onların quraşdırılması üçün alət tələb olunmur. çənləri çənin divarlarındakı gücləndirici lövhəciklərin yaratdığı çoxtinli formaya malikdirlər. Lövhəciklər çənin divarları üçün əlavə qoruyucu rolunu oynayırlar ki, bu da qəza işlərinin aparılması zamanı xüsusilə əhəmiyyət kəsb edir.

  ÇƏKİB VURMA AVADANLIĞI
Перекачивающая станция на базе ОГ

Çəkib vurma avadanlığı hidrostansiyadan, nasosdan və bütün növlərdən olan mayelərin çəkilib vurulması üçün xortum dəstindən ibarətdir.
"PS-OQ" çəki̇b vuran stansi̇yalari "OQ" çəki̇b vuran başcıqlarin bazasinda yaradılmışlar, hi̇drostansi̇yadan, ayrıca mərkəzdən qaçış nasosundan, xortum dəsti̇ndən i̇barətdirlər və çirklənmiş suyu, maye nefti və mexaniki qatışıqları az olan neft məhsullarını çəkib vurma qabiliyyətinə malikdirlər. "PS-OQ" çəkib vuran stansiyaları çalalardan, quyulardan, durulducu hovuzlardan, çənlərdən və çətin yerlərdən mayelərin çəkilməsi üçün istifadə olunurlar.
"PS-RS" motopomp bazasında çəkib vuran stansiyalar çirkli və təmiz suyun, sulu neft emulsiyasının, yüngül fraksiyalı olanlardan başqa neftin və neft məhsullarının çəkilib vurulması üçün nəzərdə tutulmuşdur və quyulardan, çalalardan, buxarlandırıcılardan, durulducu hovuzlardan mayenin çəkilməsi, NDQA zamanı yığılmış neft məhsullarının çəkilib vurulması, sahil zolağının neftdən təmizlənməsi və digər işlərdə istifadə üçün nəzərdə tutulmuşdur.
"MODN 120/70" ox diaqonal nasosların bazasında çəkib vuran stansiyalar nasosdan, dizel mühərriyindən və xortum dəstindən barət olan dəstdir. Bu kimi stansiyalar özlü və aşqarlarla çirklənmiş mayeləri, sənaye və çirkab sularını, neft və neft məhsullarını çəkmək üçün təyin edilmişlər. "MODN 120/70" çəkib vuran stansiyanın üstünlüyü qatılığı 500 sSt-ə qədər olan və tərkibində qazların miqdarı yüksək olan və 5 mm-ə qədər böyük bərk hissəciklərin çox olduğu mayelərin çəkilib vurulması qabiliyyətinƏ malikdir.
OQ çəkib vuran başçıqlar - neftin, neft məhsullarının və suyun çəkilib vurulması üçün yığcam hidroötürücülü mərkəzdən qaçış yükləyici nasoslardırlar.

  ÜZMƏ VASİTƏLƏRİ
КБ-1 новый-1для сайта.jpg

Suda NDQA zamanı operativ reaksiya verilməsi üçün xüsusi az ölçülü gəmilərdə "LARN 32" MMC-nin istehsal etdiyi tətbiq oluna bilər.
Belə motor katamaranları geniş istifadə sahəsi olan çoxfunksiyalı üzmə vasitələridirlər.
Katamaranlar tamamilə alüminium xəlitəsindən hazırlanmışlar ki, bu da alışma riskinin mövcud olduğu qəza şəraitlrində iş zamanı qığılcım təhlükəsizliyini təmin edir. Çəpərləmə və yastı göyərtə çıxıntılı elementlərin olmaması işlərin görülməsi zamanı işçi heyətin təhlükəsizliyini təmin edir. Xüsusi konstruksiya yaxşı uzununa və eninə ləpəyə davamlılığı təmin edir, əyilmə çox kiçikdir və çevrilməyə müqavimət yüksəkdir. Nisbətən kiçik suya oturma dərəcəsi dayazlıqda və sahilyanı zolaqda işləməyə imkan verir.
Katamaran – bon tədarükçüsü avadanlığın və yüklərin neft məhsulunun dağılması yerinə çatdırılmasında, bon çəpərlərinin quraşdırılmasında, sorbentlərin tətbiq edilməsində və s. ixtisaslaşmışdır.
Katamaran – neft yığan su səthindən neftin yığılması üçün operativ tədbir görülməsi vasitəsi kimi istifadə olunur və hidroötürücülü oleofil skimmer ilə təchiz edilmişdir.

  QƏZA DƏSTLƏRİ
Аварийный комплект ЛАРН.jpg

Qəza dəstləri neft və neft məhsullarının qəza dağılmasının nəticələrinin ləğv edilməsi üçün materiallar və vasitələr dəstidir.Dəstlər ölçüləri, təyinatı və tətbiq sahəsi ilə bir-birlərindən fərqlidirlər.
D.y. konteynerləri, avtomobillər və ya avtoqoşqular bazasında komplektləşdirilmiş NDQA komplekslərinə neft dağılması qəzalarının nəticələrinin aradan qaldırılması üçün zəruri olan avadanlıqların və vasitələrin tam siyahısı daxildir. Həcm və qəzanın lokallaşdırılması sahəsi üzrə fərqlənən hazır üç növ avadanlıq dəsti mövcuddur - NDQA 10 kompleksi, NDQA 100 Baza kompleksi, NDQA 100 Optimal kompleksiNDQA 100 Peşəkar kompleksi.
YDS və avtomobillər üçün xidmət komplektləri YDS-larda, neftçıxarma və neft emalı müəssisələrində, dəniz və çay limanlarında neftin, neft məhsullarının, texniki mayelərin az miqdarda dağılmasının lokallaşdırılması nəticələrinin aradan qaldırılması üçün istifadə olunurlar. Konteynerlərdə və ya çantalarda tədarük edilirlər.
Göyərtə neft yığma komplektləri Rusiya Çay Registrinin tələblərinə tam cavab verirlər və neftlə bunker əməliyyatlarının və s. aparılması zamanı gəmilərin göyərtələrində neft və neft məhsullarının az miqdarda dağılmasının aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Plastmas konteynerlərdə yerləşdirilirlər.
NDM gəmi dəstləri (neft dağılması ilə mübafizə dəsti) gəmilərdə daşıma və yanalma zamanı neft və neft məhsullarının əhəmiyyətli dərəcədə dağılması zamanı bunun nəticələrinin lokallaşdırılması və aradan qaldırılması üçün nəzərdə tutulmuşdir və tələb olunan şərtlərdən asılı olaraq tədarük edilirlər.

  YUYUCU VASİTƏLƏR, BİOPREPARATLAR
Моющие средства, биопрепараты .jpg

Çox zaman neftlə çirklənmələri tam aradan qaldırmaq mümkün olmadıqda müxtəlif yuyucu vasitələrdən və biopreparatlardan istifadə edilməsi zərurəti yaranır.

"UOB hidrotopu" - Neftin və neft məhsullarının qəza nəticəsində dağılmasınn nəticələrinin ləğv edilməsi ilə bağlı işlərin aparılması zamanı sahilin və sahilyanı zolağın yuyulması üçün mobil yığcam qurğu.

"Avant-Ş" yuyucu vasitə - əl və avtomat ilə təmassız yuma zamanı tətbiq edilir və xüsusilə güclü çirklənilən zamanı istifadə olunur və bütün növ neft, yağ, piy və digər növ çirklərin təmizlənməsi üçün istifadə olunur.

  KÖMƏKÇİ AVADANLIQ
Распылитель сорбента АРС

Köməkçi avadanlığa böyük miqdarda əlavə məsələlərin yerinə yetirilməsi üçün vasitələr daxildir.
Bizim şirkətimiz müxtəlif konfiqurasiyalı və təyinatlı qığılcım təhlükəsi olmayan alüminium səngər alətləri istehsal edir. Belə alət qığılcım yaratmır, korroziya əleyhinə və qeyri-maqnit xassələrə malikdir ki, bu da yüksək alovlanma və ya partlayış ehtimalı olan yerlərdə təhlükəsiz şəraitdə işləmək imkanı verir. Səngər qığılcım təhlükəsi olmayan alət NDQA zamanı sorbentlərin su və bərk səthlərə vurulması, emal edilmiş sorbentlərin yığılması, neftlə çirklənmiş qruntun götürülməsi, çənlərin təmizlənməsi və torpaq işlərinin aparılması zamanı istifadə olunur. 

Neft tərkibli tullantıların utilləşdirilməsi üçün "Fakel-60" qurğularından istifadə edilir. "Fakel-60" qurğusundan istifadə edilməsi açıq yanma ilə müqayisədə neft tərkibli tullantılarn daha tam, nəzarət olunan təhlükəsiz yandırılmasını həyata keçirməyə imkan verir və atmosferə zərərli maddələrin atılmasını azaldır.

MB-3/0,8 bataqlıq körpücükləri işçi heyətin qəza yerlərində bataqlıqlar və bataqlaşmış yerlərdə hərəkətinin asanlaşdırılması üçün nəzərdə tutulmuşdur ki, bu da işçi heyətinin dərhal işə başlamasına imkan verir.

PS dayaq divarları enişlərdə neftin dağılması zamanı nəticələrinin lokallaşdırılması və ya axının istiqamətinin dəyişdirilməsi üçün mexaniki səddən ibarətdir. Çirkab suların yağdan, neftdən və neft məhsullarından ayrılması və təmizlənməsi, çənlərin, tutumların və durulducu çənlərin təmizlənməsi üçün neft-su separatoru - SNS tətbiq edilir. Separator həmçinin neft yığma qurğusuna qoşula bilər və fasiləsiz daxil olan qarışığı suya və neft məhsullarına ayıra bilər.

OU-2000 neft dağılmaları qəzaları zamanı və qəza -xilasetmə işləri aparılan zaman işin görüldüyü yerlərin işıqlandırılmasına xidmət edir. Qurğu yığcamlığı və quraşdırma və sökülmədə sadəliyi ilə fərqlənir.

Neft bazalarının və neft məhsulları ambarlarının sənaye təhlükəsizliyi qaydalarına əsasən, belə obyektlərin ərazilərinə daxil olan avtonəqliyyat, və həmçinin daxili yanma mühərrikləri olan hissələr və aqreqatlar sertifikatlaşdırılmış qığılcımsöndürənlə təchiz olunmalıdırlar.

ƏLAQƏ MƏLUMATI:
Ünvan: 241020, Rusiya, Bryansk ş., Krasnıye Partizanı küç., ev 9, korpus 1, otaq 1
Satış üzrə menecerlər: 

Taçkov İqor, tel / faks: +7 (4832) 30-73-73, E-mail:igor@larn32.ru, Skype: larn32

Çumakov Vadim, tel / faks: +7 (4832) 30-72-72, E-mail: vadim@larn32.ru, Skype: vadim.chumakov.larn32